AFFA Hakimlər Komitəsi ötən iki mövsüm ərzində Unibank Premyer Liqasında tətbiq etdiyi təcrübəni yenidən həyata keçirməyə qərar verib. Bu haqda Lent.az-a komitə sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, XXIV tura təyinat alan 7 əsas və 7 ehtiyat hakim martın 16-dan etibarən təlim-məşq toplantısına cəlb olunacaqlar. Onlar adı gizli saxlanılan oteldə qalaraq, tam sakit şəraitdə oyunlara hazırlaşacaqlar: “Həmin yer heç kimin ağlına gəlməyən məkandadır. Bəzilərinin dediyi kimi, heç də həbsxana deyil. Onların qalacaqları şərait nə sizdə, nə də məndə var”.
Məmmədov onu da bildirib ki, Hakimlər qarşılaşmalara mühafizəçilərin əhatəsində yollanacaqlar. Bu addım hakimləri kənar təzyiqlərdən qorumaq məqsədilə atılıb. Bu proses mövsümün sonuna kimi davam edəcək.
Qeyd edək ki, Unibank Premyer Liqasında növbəti turun oyunları martın 17-də və 18-də keçiriləcək. Son illərin ən prinsipial rəqibləri sayılan “Xəzər Lənkəran”la “Neftçi” arasındakı qarşılaşma da məhz XXIV tura təsadüf edəcək.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi