Rusiyanın "Anji" klubunun böyük məşqçisi Vaqif Sadıqov Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun “Neftçi”nin düşərgəsində hazırlıq prosesi keçməsinin səbəbini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Sadıqov Lent.az-a verdiyi müsahibəsində Şükürovun Türkmənistan turniri vaxtı zədələnərək iki həftəlik sıradan çıxdığını bildirib.
Onun sözlərinə görə, martın 15-də “Anji” Türkiyənin Antalya şəhərinə növbəti təlim-məşq toplantısına yollanıb. Şükürov isə millimizin martın 19-da keçirəcəyi toplanışa çağırılıb: “Bu gün Türkiyəyə yollanaraq, cəmi 4 gündən sonra Bakıya qayıtmaması üçün “Anji” rəhbərliyi qərara alıb ki, Mahir elə Bakıda məşqlərini davam etdirsin”.
Sadıqov millimizin martın 29-da Belçika ilə səfərdə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra Şükürovun “Anji”nin düşərgəsinə qoşulacağını əlavə edib: “Əlbəttə, Mahir “Anji”yə qayıdacaq. Hara qayıtmalıdır ki?!” Təcrübəli mütəxəssisin fikrincə, yığmamızın futbolçusu ətrafında heç bir müəmma yoxdur. Şükürov “Anji”nin üzvüdür və ona münasibət lap yaxşıdır.
O, 29 yaşlı müdafiəçinin 4 nömrəli formadan imtina səbəbinə də aydınlıq gətirib: "Mən xırda məsələlərə bu dərəcədə fikir vermirəm. Mahirin özünün dediyini söyləyə bilərəm ki, o, bəlkə də özünü 4 nömrəli formada doğrultmadığını və 40 nömrənin düşərli olacağını düşünərək belə bir addım atdı. Yəqin, belə fikirləşir ki, bəlkə də 4 nömrəli formada yaxşı oyunlarını göstərə bilmir, yeni forma ona düşərli ola bilər.
Bu, Şükürovun fikridir. Amma onun özünü doğrultmadığını o adam deyə bilər ki, ilboyu Şükürovun “Anji”dəki çıxışlarını izləyib. Mən isə bunu deyə bilərəm: Mahir millidəki çıxışı ilə özünü doğrultduğunu, Mahir Şükürov olduğunu sübut edib".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi