"Neftçi"nin 2 futbolçusu İrlandiyaya gedir

"Neftçi"nin 2 futbolçusu İrlandiyaya gedir
XƏBƏR 15 Mart 2011 / 16:42 2255
-  A +

"Neftçi" klubunun makedoniyalı futbolçularına yığma komandalarından dəvət gəlib. Qol.Az-ın məlumatına görə, Makedoniya yığması 26 martda AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Dublində İrlandiya yığmasının qonağı olacaq.

Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonutsz bu görüş üçün "Neftçi"nin şərəfini qoruyan İqor Mitreski və Slavço Georgievskini yığma komandanın düşərgəsinə dəvət edib.

 


Son xəbərlər