Müdafiə nazirini federasiya prezidenti seçdilər

Müdafiə nazirini federasiya prezidenti seçdilər
XƏBƏR 15 Mart 2011 / 00:26 2212
-  A +

Qazaxıstan Futbol Federasiyasının (QFF) 7-ci hesabat-seçki konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, toplantıda Adilbek Caksıbekov yenidən yekdilliklə qurumun prezidenti seçilib. 

O, daha 4 il, yəni 2015-ci ilin martınadək QFF-in başında duracaq. Eyni zamanda, federasiyanın 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi seçilib. Onlardan Seilde Bayşakov, Mixail Qurman və Viktor Katkov vitse-prezident postunu tutacaqlar. Caksıbekov həm də 2009-cu ilin iyunundan Qazaxıstanın müdafiə naziridir.

Qeyd edək ki, Qazaxıstan millisi Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir. Eyni zamanda həmyerlimiz Ramiz Məmmədov qonşu ölkənin "Atırau" klubunun baş məşqçisidir.


Son xəbərlər