Premyer Liqanın final mərhələsinin ilk turunda "Bakı" öz meydanında "Neftçi"yə 0:1 hesabı ilə məğlubn olub. Qol.Az-ın məlumatına görə, "Bakı" klubu həmin oyunda bərbad hakim idarəçiliyindən şikayətlənib.
Oyunun 12-ci dəqiqəsində "Bakı"nın hücumçusu Jaba rəqibin qapıçısı Rauf Mehdiyevlə təkbətək qalan anda sonuncunun qaydaları pozaraq topa yox, oyunçunun ayağına təmas etməsi hakim Əfqan Həmzəyevdən başqa heç kimin gözündən yayınmadı. Komandanın kapitanı Cəmşid Məhərrəmov isə həmin epizodu belə xatırlayır:
"Hakim son ümid folu olaraq Rauf Mehdiyevə qırmızı vərəqə göstərib, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməli idi. Ancaq bu baş vermədi. Səbəbini oyunun baş hakimi Əfqan Həmzəyevdən soruşmaq lazımdır.
Bu epizod baş verəndə oyunun 12-ci dəqiqəsi oynanılırdı. Əgər qapıçı cəzalandırıb, 11 metrlik cərimə zərbəsi verilsə idi, kim bilir hadisələr hansı məcrada inkişaf edəcəkdi?
Yan xətt hakimləri dəflərlə olmayan oyundankənar vəziyyət qeydə alıb, hücumlarımızın qarşısını alırdılar. Konkret olaraq Ruslan Leviqanın müdafiəni yararaq irəlilədiyi vəziyyətdə ofsayd bayrağınin havalandırılmasını anlamaq olmur.
Oyunu idarə edən briqada açıq-aydın birtərəfli hakimlik etdi. Bunu Əfqan Həmzəyevdən başqa hamı gördü".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi