"Xəzər Lənkəran"da yeni kapitan

"Xəzər Lənkəran"da yeni kapitan
XƏBƏR 14 Mart 2011 / 15:49 2718
-  A +

"Xəzər Lənkəran" klubunun kapitanı Kamran Ağayev zədə səbəbindən Azərbaycan Premyer Liqasının 23-cü turunu buraxmalı olub. Qol.Az-ın məlumatına görə, bu üzdən AZAL-la oyunda komandanı meydana kapitan sarğısı ilə Elnur Allahverdiyev çıxarıb.
 
Müdafiəçi karyerasında ilk dəfə Lənkəran təmsilçisinin kapitanı olmaqla tarixə düşüb. O, bu şərəfə nail olan 19-cu futbolçudur. Elnurla yanaşı daha 3 oyunçu cari mövsümdə bu "post"da debüt edib. Bunlar Rahid Əmirquliyev, Xaqani Məmmədov və Ruslan Poladdovdur.
 
"Xəzər Lənkəran"ın kapitanları: Kamran Ağayev, Mahmud Qurbanov – hərəyə 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Rahid Əmirqulıiyev, Xaqani Məmmədov, Ruslan Poladov, Elnur Allahverdiyev – hərəyə 1 dəfə.

Son xəbərlər