Ağdamın "Qarabağ" klubu son 8 oyunda ardıcıl qələbələrlə yenidən medallar uğrunda mübarizəyə qoşulub. Qol.Az-ın məlumatına görə, son ölkə çempionu "İnter"i 5 xal üstələyən "Qarabağ" 2-ci sıradakı "Xəzər-Lənkəran"dan 2 xal geridə qalır.
Final mərhələsində "Qarabağ"ın növbəti rəqibi isə çempionatın sürpriz komandası AZAL olacaq. "Təyyarəçi"lərlə oyundan öncə "Qarabağ"ın müdafiəçisi, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov klubun rəsmi saytına öncə "İnter"lə baş tutan son oyun haqqında danışıb:
"Bu oyunda qələbə qazansaq da, qarşılaşma heç də gözlənildiyi kimi asan olmadı. Rəqib taktiki cəhətdən oyuna yaxşı hazırlaşmışdı. Meydanda bizə boş yer verməməyə çalışırdılar. Gərgin oyun oldu. Əsas odu ki, lazım olan məqamda fərqlənə bildik. "İnter"in yaxşı oyun modeli var. Zənnimcə, "bankirlər" sona qədər mübarizə aparacaq.
Ötən mövsümün ən yaxşı futbolçusu 8 oyunluq qələbə seriyası və qarşıdan gələn AZAL-la oyun barəsində də fikirlərini bildirib: "Açığı, qələbə seriyası haqqında fikirləşmirik. Çünki, nəzəri cəhətdən bu bizə heç nə vermir. Biz hər bir oyuna xüsusi köklənməyə çalışırıq. Düzdü, istənilən halda belə seriya futbolçu üçün yaxşıdır. Amma bu seriya bizə AZAL-la oyunda 3 xal verməyəcək. AZAL "Xəzər Lənkəran"ı son turda məğlub etməklə bir daha güclü komanda olduğunu sübut edib. AZAL-la oyun mənə görə mövsümün ən vacib oyunudur. Ona görə də çətin oyuna indidən köklənməyə çalışırıq".
Qışda yenidən doğma "Qarabağ"a dönən Rəşad adaptasiya ilə bağlı da danışıb: "Deməzdim ki, uyğunlaşma problemi oldu. Həm aradan elə də böyük zaman da keçməyib, həm də hamısı eyni uşaqlardı. Əksinə deyərdim ki, qısa ayrılığın mənə xeyri də dəydi. "Qarabağ"ın dəyərini daha yaxşı anladım. Bu komanda mənə daha da doğmalaşdı".
29 yaşlı müdafiəçi "Qarabağ"ın premyerliqadakı hədəfləri barəsində də danışıb: "Qarabağ"da elə bir mühit var ki hər kəs futbol haqqında fikirləşir. Rəhbərlik elə mühit formalaşdırıb ki, komanda üzərində heç bir təzyiq hiss etmir. Əsas hədəfimiz avrokuboklardır. Əla, mehriban kollektivimiz var. Başımızı aşağı salıb öz işimizi görürük. Qarşıda bizi bir-birindən çətin 9 oyun gözləyir. Yenə də qeyd edirəm ki, əsas məqsədimiz hələlik AZAL-la oyundur. AZAL-la oyundan sonra isə növbəti rəqib haqqında fikirləşəcəyik. Bu bizim artıq bizim psixologiyamızdı".
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi