Naci Şensoy: "Gözəl oyun deyil, 3 xal istəmişdim"

Naci Şensoy: "Gözəl oyun deyil, 3 xal istəmişdim"
XƏBƏR 13 Mart 2011 / 23:28 1798
-  A +

"Bildiyiniz kimi, haqsız şəkildə kubokda mübarizəni dayandırdıq. Bugünkü oyundan qabaq futbolçularımdan gözəl oyun deyil, 3 xal istəmişdim. Bu qələbəni mənə bəxş etdiklərinə görə futbolçularıma minnətdaram". Qol.Az-ın məlumatına görə, bunu "Turan" klubunun baş məşqçisi Naci Şensoy "Gəncə"ni 1:0 hesabı ilə yendikləri oyundan sonra deyib.  

Matçın gedişində "Gəncə" azlıqda qalsa da, Şensoy rəqibin çox yaxşı oynadığını bildirib: "Qol imkanlarımızın hamısından istifadə edə bilmədik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm, "Gəncə"yə uğurlar arzulayıram".

Son xəbərlər