"Biz "Xəzər Lənkəran"ı silkələdik"

"Biz "Xəzər Lənkəran"ı silkələdik"
XƏBƏR 13 Mart 2011 / 18:45 2827
-  A +

"Ağır oyun oldu. Əvvəldən də "Xəzər Lənkəran" kimi iddialı komandaya qarşı oynayacağımızı bilirdik". Bunu Qol.Az-a açıqlamasında AZAL klubunun futbolçusu Zohair Benouahi "Xəzər Lənkəran" üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra deyib. 

Mərakeşli hücumçu bildirib ki, oyuna taktiki və fiziki cəhətdən yaxşı hazırlaşıblar: "Bu mənada oyuna tam kökləndik və qol vurduq. Düşünürəm ki, biz baş məşqçimiz Nazim Süleymanovun tapşırığını istədiyi səviyyədə həyata keçirərək, bütün meydan boyu topa sahib olduq və rəqibi silkələdik. Bu uğurun davamını gətirməyə çalışacağıq". 

Qeyd edək ki, yeganə qolu AZAL-ın bolqarıstanlı hücumçusu Enyo Krastovçev vurub.   

Son xəbərlər