Arif Əsədov: "Qələbəni Mitreskinin yeni doğulan körpəsinə hədiyyə edirik"

Arif Əsədov: "Qələbəni Mitreskinin yeni doğulan körpəsinə hədiyyə edirik"
XƏBƏR 13 Mart 2011 / 18:20 2200
-  A +

"İlk "6-lıq" oyunu olduğu üçün "Bakı" ilə matçın gərgin keçəcəyini bilirdik. Bu oyunda liderliyimizi möhkəmlətmək üçün bizə 3 xal lazım idi". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif əsədov "Bakı" üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib. 

O, gözəl oynamaqdansa, meydançaya nəticə üçün çıxdıqlarını etiraf edib. Lakin Əsədovun fikrincə, "Xəzər Lənkəran"ın AZAL-a məğlub olduğu turda qazanılan qələbə "Neftçi"ni rahatlaşdırmamalıdır. Baş məşqçi bu qələbəni makedoniyalı müdafiəçi İqor Mitreskinin yeni doğulan körpəsinə hədiyyə etdiklərini də vurğulayıb.   
 
 

Son xəbərlər