Ramiz Məmmədovun komandası ilk qələbəsini qazandı

Ramiz Məmmədovun komandası ilk qələbəsini qazandı
XƏBƏR 12 Mart 2011 / 19:16 2303
-  A +

Bu gün Qazaxıstan Superliqasında 2-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı "Atırau" klubu bu gün növbəti matçına çıxıb.

Məmmədovun komandası öz meydanında "Şaxtyor"u qəbul edib. Doğma azarkeşlər önündə ilk oyununa çıxan Məmmədov Qazaxıstan Superliqasında ilk qələbəsini qazanıb.


12 mart
 
"Atırau" - "Şaxtyor" - 2:0
Qollar: Travin, 55 (1:0), Leon, 71 (2:0)

Qeyd edək ki, Məmmədovun komandası Superliqanın ilk görüşündə "Aktobe"yə 0:2 hesabı ilə məğlub olmuşdu.


Son xəbərlər