Qurban Qurbanov: "İlk oyunda qələbə qazanmağımız növbəti oyunlara böyük stimul verdi"

Qurban Qurbanov: "İlk oyunda qələbə qazanmağımız növbəti oyunlara böyük stimul verdi"
XƏBƏR 12 Mart 2011 / 18:40 2286
-  A +

Bu gün Premyer Liqanın final mərhələsinin mərkəzi görüşündə Ağdamın "Qarabağ" klubu səfərdə son ölkə çempionu "İnter"ə 2:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın məlumataına görə, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"İlk "altılığ"ın oyunu idi. Buna görə çətin olacağını bilirdik. Bizə vacib olan 3 xal üçün futbolçular lazımi şəkildə oynadılar. Bu da "Qarabağ"ın bütün meydanboyu oyuna diktə etməsindən irəli gəlirdi. İlk oyunda qələbə qazanmağımız bizi nisbətən rahatladaraq növbəti oyunlara böyük stimul verdi.

"İnter" Premyer Liqada fərqli oyun üslubuna malik komandadır. Belə çətin rəqiblə 3 xal qazandığımıza görə çox şadam. "İnter"ə növbəti oyunlarda uğurlar arzulayıram.

Son xəbərlər