Bu gün Premyer Liqanın final mərhələsinin mərkəzi görüşündə son ölkə çempionu "İnter" öz meydanında Ağdamın "Qarabağ" klubuna 0:2 hesabı ilə məğlub olub. Qol.Az-ın məlumataına görə, "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Bərabər səviyyəli oyun getdi. Lakin "Qarabağ" ikinci hissədə üstünlüyü aldı və qələbə qazandı. Bu oyunda uduzsaq da, buna heç də üzülmürük. Çünki marafon hələ qabaqdadır. İddialı komandalar bizdən irəlidə olsalar da, biz bu xal fərqini aradan qaldırmağa çalışacağıq. Bu mövsüm əsas hədəfimiz isə Avrokuboklara vəsiqə qazanmaqdır. Düşünmürəm ki, geridə qalan müddətdə "Birlik kuboku" oyunları və ölkə kubokunun matçları komandanın fiziki durumuna mənfi təsir göstərsin.
Təəssüf ki, bu gün oyunumuz alınmadı. "Birlik kuboku"nda yaxşı çıxış edən Rövşən Əmiraslanovun oynamamasına gəlincə isə futbolçu xəstələnmişdi və yaxın günlərdə yenidən komandanın düşərgəsinə qayıdacaq. O ki qaldı "İnter"in Quzanlıda oynamaq istəməməsi ilə bağlı məsələyə, əgər rəhbərlik razılıq verərsə, "Qarabağ"la lap Dubayda da oynayarıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Qeyd edək ki, Premyer Liqanın final mərhələinin ilk oyununda "İnter" öz meydanında "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi