Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən Bakının müxtəlif yerlərində vergi nəzarət tədbirləri həyata keçirilərkən 13 obyektin qanunsuz totalizator fəaliyyəti göstərdiyi aşkar olunub.
Qol.Az-ın nazirliyin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Yasamal rayonunda yerləşən fiziki şəxs Orxan Quliyevə aid olan "Maximum", "Çayxana", Elmira Quliyevaya məxsus "Karo" adlı obyektdə, Nizami rayonunda yerləşən Yaşar Bəşirliyə məxsus "Çempion", Nəsimi rayonunda yerləşən Sarvan Bağışova məxsus "Qalatasaray", Zaur Həsənova məxsus "Zenit", Vüqar Kələşova məxsus "Barselona", Vüqar Qafarova məxsus "Liverpul", Ədalət Qasımova məxsus "Real Madrid", Azər Abbasova məxsus "Zenit", Zaur Əmrahova məxsus "Qol Qol Barselona" obyektlərində qanunsuz totalizator fəaliyyətinin həyata keçirildiyi və futbol oyunları ərəfəsində vətəndaşlar tərəfindən oyunların nəticələri ilə bağlı proqnozlar verməklə pul qoyuluşları həyata keçirildiyi aşkar olunub. Çayxana və ya kafe kimi fəaliyyət göstərən bu obyektlər xüsusi razılıq (lisenziya) almadan əlavə olaraq qanunsuz totalizator oyunlarının təşkili ilə də məşğul olurlar. Araşdırma zamanı o da müəyyən edilibr ki, bu obyektlərdə çalışan işçilər əmək müqaviləsi bağlamadan bu işlərə cəlb olunurlar. Həmin obyektlərin rəhbərləri isə totalizatorlardan əldə etdikləri gəlirləri gizlədərək vergidən yayınırlar.
Nəzarət tədbirləri həyata keçirən vergi əməkdaşları həmin obyektlərdə 7 ədəd noutbuk, 9 ədəd kompüter prosessorları, qara mühasibatlıq sənədləri, nağd pul, müxtəlif firmalara məxsus möhür və ştamplar və minlərlə sayda vətəndaşlara verilmiş ödəniş qəbzləri və kuponlar aşkar edərək götürüblər.
Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 70 ünvanda yerləşən "Bavariya" kafesində totalizator tipli proqnoz verilməsini və qanunsuz pul uduşlarını təşkili edən Quliyev Hacı Çərkəz oğlunun 1 milyon 752 min 846 manat məbləğində vergidən yayınması, Nizami, rayonu, Q.Qarayev prospekti, 61 ünvanda yerləşən "Çempion", Atatürk prospekti, 7 ünvanda yerləşən "Arsenal", "Real" və "Çay evi" adlı kafe və çayxanalarda, "Futbol Planet" MMC-nin Bakı şəhərində yerləşən bir sıra satış obyektlərində qanunsuz mərc oyunları təşkil edilməsi faktları bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi başlanıb.
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı
Amir Reza Ermənistanı deyil, Azərbaycanı seçdi
"Real"dan "Napoli"yə rədd cavabı
"Turan Tovuz"da ayrılıq
Kroyff idman direktoru olur
"İnter Mayami" Cənubi Amerika səyahətinə çıxır
Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər
Gəncə stadionu ilə bağlı son - Yenilik
Ter Ştegen bu kluba keçir
Kavani karyerasını başa vurdu
16 turda 16 böyükhesablı nəticə
Afrika Millətlər Kubokunun oyununda futbolçu huşunu itirdi
Ronaldo: "Oynamağa davam etmək çətindir"
“Qarabağ”ın rəqibindən hücumçu transferi
"Liverpul" 14 yaşlı ukraynalı futbolçu transfer etdi
Millimizin üzvü Superkuboku qazana bilmədi
“Napoli”nin qələbəsi - Video
“Tottenhem” səfərdə sevindi
“Milan” 3 xalı 3 qolla qazandı - Video
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi