"Milan"ı autsayder büdrətdi, İbrahimoviç qovuldu (YENİLƏNİB)

"Milan"ı autsayder büdrətdi, İbrahimoviç qovuldu (YENİLƏNİB)
XƏBƏR 14 Mart 2011 / 01:41 2859
-  A +

İtaliya A seriyasında növbəti tur liderin xal itkisi ilə əlamətdar olub. Qol.Az-ın məlumatına görə, "Milan" öz meydançasında autsayder "Bari"ni məğlub edə bilməyib.

Matçın gedişində hesabda geri düşən "rossonyerlər" Zlatan İbrahimoviçin meydançadan qovulması ilə azlıqda qalıblar. Oyunun sonlarında "Milan"ı Antonio Kassano məğlubiyyətdən xilas edib. 

Roma derbisində eyniadlı klub "Latsio"dan üstün olub. "Napoli" "Parma"nı, "Udineze" "Kalyari"ni səfərdə yenərək, "Milan"a yaxınlaşıblar. 

İkinci oyun günündə "Yuventus" "Çezena"ya məğlubiyyətdən çətinliklə qurtulub.   

İlk oyun günündə isə son çempion "İnter" autsayderlər qrupundakı "Breşiya" ilə səfər matçında qələbə qazana bilməyib. Görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər. "Breşiya"nın bərabərlik qolunu vuran Andrea Karaççolo 5 dəqiqə sonra penaltidən yararlana bilməyib, daha 5 dəqiqə keçdikdə isə qırmızı vərəqə alıb.  

İtaliya çempionatı, 29-cu tur

11 mart


"Breşiya" - "İnter" - 1:1
Qollar:
Andrea Karaççolo, 85 - Samuel EtoO, 18
Penaltini vura bilməyib: Andrea Karoççolo, 90
Qırmızı vərəqələr: Andrea Karaççolo, 90+5 - İvan Kordoba, 89

12 mart

"Çezena" - "Yuventus" - 2:2
Qollar:
Luis Himenes, 41-pen. Marko Parolo, 80 - Alessandro Matri, 19; 35
Qırmızı vərəqə: Marko Motta, 43 ("Yuventus")

13 mart

"Milan" - "Bari" - 1:1
Qollar:
Antonio Kassano, 82 - Gergey Rudolf, 39
Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 73 ("Milan")

"Cenoa" - "Palermo" - 1:0
Qol:
Floro Flores, 77

"Kataniya" - "Sampdoriya" - 1:0
Qol:
Kristian Lyama, 75
Qırmızı vərəqə: Fernando Tissone, 23 ("Sampdoriya")

"Kalyari" - "Udineze" - 0:4
Qollar:
Mehdi Benatia, 43. Aleksis Sançes, 44. Antonio Di Natale, 48; 54 

"Roma" - "Latsio" - 2:0
Qollar:
Françesko Totti, 70; 90+3-pen.
Qırmızı vərəqələr: Stefan Radu, 88. Kristian Ledesma, 90 (hər ikisi "Latsio") 

"Kyevo" - "Fiorentina" - 0:1
Qol:
Xuan Manuel Varqas, 48

"Leççe" - "Bolonya" - 0:1
Qol:
Qaston Ramires, 33

"Parma" - "Napoli" - 1:3
Qollar:
Raffaele Palladino, 29 - Marek Hamşik, 52. Esekyel Lavessi, 56. Kristian Macio, 87
Qırmızı vərəqə: Daniele Qalloppa, 59

Komandalar O Q H M T X
1. Milan 29 18 8 3 51-21 62
2. İnter 29 17 6 6 55-32 57
3. Napoli 29 17 5 7 44-26 56
4. Udineze 29 16 5 8 54-30 53
5. Latsio 29 15 6 8 35-25 51
6. Roma 29 14 7 8 45-39 49
7. Yuventus 29 11 9 9 43-37 42
8. Bolonya 29 11 9 9 32-36 41
9. Fiorentina 29 10 10 9 33-29 40
10. Palermo 29 12 4 13 44-46 40
11. Kalyari 29 11 6 12 35-34 39
12. Cenoa 29 10 8 11 28-32 38
13. Kyevo 29 7 11 11 28-31 32
14. Kataniya 29 8 8 13 25-38 32
15. Sampdoriya 29 7 10 12 25-33 31
16. Parma 29 6 11 12 28-41 29
17. Çezena 29 7 8 14 25-40 29
18. Leççe 29 7 7 15 31-51 28
19. Breşiya 29 6 8 15 23-36 26
20. Bari 29 3 8 18 16-43 17

Bombardir: Antonio Di Natale ("Udineze") - 24 qol.

Son xəbərlər