Qış fasiləsində "Bakı"nın heyətinə cəlb olunan ukraynalı futbolçu Ruslan Leviqa qarşıdan gələn “Neftçi” ilə Premyer Liqa oyunu, komandaya uyğunlaşma dövrü və Bakı şəhəri haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Leviqa klubun saytına açıqlamasında artıq bütün diqqətlərini final mərhələsinə yönəltdiklərini söyləyib.
28 yaşlı hücumçu deyib: “Komandamızın final mərhələsinə vəsiqə qazanması yerinə düşdü. İndi bütün diqqətlərimiz pley-of mərhələsinin oyunlarına yönəlib. Onu deyə bilərəm ki, "altılıq"da zəif rəqib yoxdur. Ona görə də bütün oyunlar "Bakı" üçün önəmlidir".
“Neftçi”nin hazırda Premyer Liqanın lideri olduğunu xatırladan Leviqanın fikrincə, flaqmanla qarşıdakı matç çətin keçəcək. Lakin o, oyuna ciddi hazırlaşdıqlarını və meydançaya yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb.
Komandadakı işlərinin yaxşı getdiyini deyən ukraynalı forvard heyətdəki futbolçularla münasibətlərinin qaydasında olduğunu və gündən-günə komandaya daha çox uyğunlaşdığını söyləyib.
Sonda Leviqa Bakı və eyniadlı klubdakı şərait haqda danışıb: “Bakı çox gözəl şəhərdir. Bir həftə əvvəl ailəmlə şəhəri gəzməyə çıxmışdıq. Şəhəri dolaşdıq, İçəri Şəhərdə, dənizkənarı milli parkda gəzdik. Bakı çox xoşumuza gəldi. Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb. Gözəl baza və stadionlar tikilib. Mən öz növbəmdə əlimdən gələni etməyə hazıram ki, həm etimadı doğruldum, həm də azarkeşlərimizi sevindirək”.
Qeyd edək ki, martın 13-də keçiriləcək "Bakı" - "Neftçi" matçı "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir