“İnter”in qapıçısı Georgi Lomaya klubun rəsmi saytına müsahibəsində “Qarabağ”la matçın hazırlığından və qarşıdakı oyunlar barədə təəssüratlarını böıüşüb. Qol.Az-ın məlumatına görə, Lomaya eyni zamanda “altılıq”da və Azərbaycan Kuboku uğrunda mübarizənin perspektivindən də danışıb.
-Georgi, altıncı gün komanda “Qarabağ”la oynayacaq. Qarşıdakı oyun barədə düşüncələrin necədir?
-Digər oyunlara olduğu kimi, qarşıdakı matça hazırlaşırıq. Meydana qalib gəlmək üçün çıxacağıq. “Qarabağ” çox yaxşı komplektləşdirilmiş komandadır və mən əminəm ki, bizə asan olmayacaq.
-“Qarabağ”la oyuna hazırlıq üçün “İnter”in cəmi 2 günü var. Belə mürəkkəb qrafik komandanın fiziki kondisiyasına təsir göstərə bilərmi?
- Əlbəttə, həftədə bir neçə oyun keçirmək çətindir, belə oyunlara qısa müddətə hazırlaşmaq xüsusilə çətindir. Lakin məşqçilərimiz çalışırlar ki, bütün futbolçular oyuna optimal formada yanaşsınlar. Axı, bu qarşılaşma ilə bütün oyunları kifayət qədər çətin olacaq “altılıq”da mübarizə başlayır. Odur ki, rahatlaşmaq olmaz.
-“Qarabağ” turnir cədvəlində “İnter”in birbaşa rəqibidir. Komandamız “Qarabağa” yalnız onu məğlub edərək çata bilər...
-Qalib gəlməyə çalışacağıq, ancaq bu oyunu fərqləndirməzdim. Axı, yuxarıda dediyim kimi, “altılıq”da bütün matçlar eynilə vacibdir.
-“İnter”i “altılıq”da nə gözlədiyini deyə bilərsən?
-“Altılıq”da hər şey ola bilər. Axı, bir çoxları yəqin xatırlayırlar, ötən mövsümdə “altılığ”ın başlama ərəfəsində biz “Bakı”nı çox üstələmişdik. Lakin sonda bu komanda az qala bizi qabaqlamışdı. Demək istəyirəm ki, “altılığa” düşmüş komandaların şansları eynidir. Odur ki, hər şey irəlidədir.
-Bu həftə “İnter” “Abşeron”la cavab qarşılaşması keçirdi və nəticədə komandamız yarımfinala çıxdı...
- “Abşeron”la matçda, yumşaq desəm, yaxşı oynamadıq. Lakin əsas tapşırığı yerinə yetirdik- yarımfinala çıxdıq. İndi bizi ciddi rəqib olan AZAL ilə oyun gözləyir. Bu mərhələdə artıq zəif rəqib qalmadı və 4 komandadan hər biri Azərbaycan Kubokunu əldə etməkdə israrlıdır. Ümid edirəm ki, bu arzunu məhz biz yerinə yetirəcəyik. Bu mövsümdə əsas məqsədlərimizdən biri olan ölkə kubokunu qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir