“Xəzər Lənkəran”ın sabiq futbolçusu özünə yeni klub tapdı

XƏBƏR 11 Mart 2011 / 14:04 1951
-  A +

“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Denis Kalinkov karyerasını vətəni Moldovada davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, Kalinkov Qidiqiçanın “Rapid” klubu ilə müqavilə bağlayıb. O, mövsümün sonuna qədər bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, moldovalı futbolçu “Xəzər Lənkəran”ı ötən yay tərk edib və o vaxtdan klubsuz qalıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner