Qəhraman Əliyev: «Rəqibimiz güclü idi»

XƏBƏR 21 Fevral 2009 / 17:01 2351
-  A +

«Oyunun çətin olacağını bilirdik. Çünki «Qəbələ» güclü komandadır». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ» ilə oyundan sonra MOİK-in baş məşqçisi Qəhraman Əliyev söyləyib. Q.Əliyevin sözlərinə görə, bu gün məğlub olmalarında komandadakı «itki»lərin də rolu olub: «Komandamız turnir cədvəlinin aşağı pillərində yer alır. Buna görə də hər oyunda xal qazanmağa çalışırıq. Lakin bu gün oyunumuz heç cür alınmadı. Bir tərəfdən də komandamızın aparıcı oyunçusu İsmayıl Məmmədov xəstə olduğundan qarşılaşmada iştirak edə bilmirdi». 

Daha çox


Son xəbərlər
20.10.24  14:24

Neymar ağladı - Video