Sabah Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk turu start götürəcək. «Qarabağ» «İnter»in qonağı olacaq. «Şəfa» stadionunda baş tutacaq görüş tərəflərin sayca 30-cu oyunu olacaq. Geridə qalan 29 görüşün 26-sı çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub.
Görəsən, komandaların duellərində vəziyyət necədi?
Arxada qalan 26 çempionat oyunda «Qarabağ»ın minimal üstünlüyü var. Ötən il dekabrın 4-də Rauf Əliyevin vurduğu qolla gələn qələbə sayca 9-cu olub. 8 dəfə isə «bankir»lər 3 xalı bayram edib. «Qarabağ» top fərqində də rəqibi üstələyir: 25-18.
Cari mövsümdə ilk oyun sentyabrın 11-də baş tutub. Bakılılardan Çertaqanovun vurduğu qol cari mövsüm «Qarabağ»ın ilk məğlubiyyətini rəsmiləşdirib. Dekabrın 4-də Suraxanı qəsəbə stadionunda baş tutmuş cavab oyununda isə «Qarabağ» Emin İmaməliyevin qolu sayəsində eyni hesabla qələbə qazanıb.
Bu qələbə eyni zamanda «Qarabağ»ın qələbə seriyasının əsasını qoyub. Son 3 ayda baş tutan 7 görüşün hamısında qələbə qazanan Ağdam klubu yenidən «Şəfa» stadionunda «İnter»lə qarşılaşacaq.
Mənbə: qarabagh.com
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir