Təbriz Həsənov:"Yenə də qol vura bilməmək problemi özünü büruzə verdi"

Təbriz Həsənov:"Yenə də qol vura bilməmək problemi özünü büruzə verdi"
XƏBƏR 10 Mart 2011 / 17:26 1720
-  A +

Türkiyənin İzmir şəhərində təşkil olunan beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qardaş ölkəni təmsil edən Avropa region yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov affa.az saytına fikirlərini bildirib:

"Bugünkü rəqibimizin bizimlə oyuna qədər turnirdə cəmi bir xal qazanmasına baxmayaraq, çox çətin qarşılaşma oldu. Yenə də qol vura bilməmək problemimiz özünü büruzə verdi. Kifayət qədər təhlükəli vəziyyət yaratsaq da, onların çoxundan istifadə edə bilmədik. Hesabda iki dəfə önə keçsək də, rəqib bərabərlik qolunu vura bildi. Bununla belə, futbolçularımız sonda özlərində güc tapıb layiq olduqları qələbəni qazandılar".
 

Son xəbərlər