Ağdamın "Qarabağ" klubu Premyer Liqanın final mərhələsinin ilk turunda ötən mövsümün çempionu "İnter"lə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, gündə bir dəfə olmaqla "bankir"lərlə oyunun hazırlıqlarını davam etdirən komandada əhval-ruhiyyə yetərincə yüksəkdir.
Yayda komandanın sıralarına qoşulan Ansi Aqolli hər kəsin rəğbətini qazanıb. 28 yaşlı sol cinah müdafiəçisi stabilliyi və peşəkarlığı ilə diqqəti cəlb edir. Albaniya millisinin üzvü klubun rəsmi saytına verdiyi açıqlamada "İnter"lə görüş və final mərhələsi haqqında danışıb:
"İnter"ə qarşı hazırlıqlar normal gedir. İlk oyun olduğuna görə tərəflər istər-istəməz bir qədər həyəcanlı olacaq. Amma biz oyuna 3 xal üçün çıxacağıq. Ümumiyyətlə, biz bütün oyunlarda 3 xal üçün mübarizə aparırıq. Cari birincilikdə ilk dəfə "İnter"ə məğlub olmuşuq. Rəqibin bəlli bir oyun sistemi var. Kubokda oynamalarının onlara əlavə bir yorğunluq gətirdiyinə inanmıram. Biz bu haqda heç düşünmürük də. Biz istədiyimiz kimi oynadıqdan sonra rəqibin kimliyinin fərqi yoxdu.
Qışdan sonra komandamızın heyəti yetərincə genişlənib. Bunun bizə final mərhələsində faydalı olacağını düşünürəm. Bilirik ki, bu məqamda hər bir xal çox qiymətlidir. Ona görə də hər bir oyuna final matçı kimi baxırıq. "Altılıq"dakı digər komandaların da iddialı olması mübarizəni maraqlı edəcək. Amma qeyd etdiyim kimi, biz istədiyimiz kimi oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur. İnanıram ki, çempionatın sonunda azarkeşlərimizi sevindirəcək nəticə əldə edə biləcəyik".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir