«Biz «Qarabağ»ın Quzanlıda oynamaqla bağlı təklifi normal qarşılayırıq və komandamızın ora getməsinə etiraz etmirik». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
«Qarabağ» klubu «Xəzər Lənkəran»da daxil olmaqla dörd komandayla çempionatdakı ev oyununu Quzanlıda keçirmək istəyir. Peşəkar Futbol Liqası isə klubların öz aralarında razılığa gələcəyi halda matçların Ağdamda keçiriləcəyinə icazə veriləcəyini bəyan edib.
«Biz bundan öncə də söyləmişdik ki, Quzanlıya getməyə etiraz etmirik. Hər halda «Qarabağ» Ağdamın klubudur və oyunlarını doğma meydanda keçirməsi normal haldır. «Xəzər Lənkəran» klubu olaraq «Qarabağ»la Quzanlıda oynamaqla yerli camaatı sevinməsini istəyirik. Ancaq eyni zamanda orada normal şərait də yaradılmalıdır. Ümid edirəm ki, həmin oyuna qədər meydançanın durumu normal hala gətiriləcək. Biz təkcə Ağdamda deyil, bütün bölgələrimizdə oyunların keçirilməsini, azarkeşlərin stadionlara gəlməsini istəyirik» - deyə T.Nadirov bildirib.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video