«Bakı» «Qarabağ»la səfər oyununu Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirməyə razılıq verib. Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətində klubun vitse-prezidenti Zeynal Məmmədov bildirib.
Qeyd edək ki, «Qarabağ» ilk «altılıq»dakı iki ev oyununu - «Neftçi» və «Bakı» ilə görüşləri Quzanlıda keçirmək istədiyini bəyan edib.
Klubun direktoru Əmrah Çəlikəl klubların razılıq verəcəyi halda adları çəkilən komandaları Ağdamda qəbul edəcəklərini deyib.
«Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov deyib ki, onlar üçün səfər oyununu harada keçirmək önəmli rol oynamır: «Ağdam da bizim torpağımızdır, Bakı da. «Qarabağ» harada istəsə, orada da oynamağa hazırıq. Bizim tərəfdən heç bir problem yoxdur. Peşəkar Futbol Liqasının hansı qərarı versə, ona uyğun da hərəkət edəcəyik» - deyə Z.Məmmədov bildirib.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video