Belçika yığmasının futbolçusu millimizə qarşı oynamayacaq

Belçika yığmasının futbolçusu millimizə qarşı oynamayacaq
XƏBƏR 9 Mart 2011 / 23:40 1966
-  A +

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunda çıxış edən Belçika milli komandasının futbolçusu İqor De Kamarqo sıradan çıxıb. Qol.Az-ın məlumatına görə, 28 yaşlı hücumçu martın 29-da Azərbaycan yığması ilə keçiriləcək Avro-2012-nin seçmə qrup matçında oynamayacaq.

De Kamarqo klubun heyətində məşq vaxtı zədələnib. O, sol dizindən xəsarət alıb. Futbolçu bir neçə həftə çıxış edə bilməyəcək.

Qeyd edək ki, 2009-cu ildən Belçika yığmasına çağırılan İqor De Kamarqo "Borussiya"nın bombardiridir. O, Bundesliqa autsayderinin heyətində 7 qol vurub.  

Son xəbərlər