"Neftçi"nin daha bir məşqçisi fəxri ada layiq görülüb. Qol.Az-ın məlumatına görə, 2005-ci ildən "Neftçi" PFK-da məşqçi kimi çalışan 47 yaşlı İsmayıl Hüseynova, "Fəxri Bədən tərbiyəsi və İdman İşçisi" adı verilib. Bununla bağlı məşqçi klubun rəsmi saytına fikirlərini bildirib.
"Məşqçilik karyerama Rusiyada "Dinamo" Murmansk komandasında başlamışam. 2005-ci ildən isə doğma "Neftçi"də uşaqlara futbolun sirlərini öyrətmək üçün səy göstərirəm. Bir çox komandalarda məşqçi kimi fəaliyyət göstərmişəm, "Neftçi"də uşaq futboluna göstərilən qayğını heç yerdə görməmişəm.
"Neftçi"də klub prezidenti Sadıq Sadıqov uşaq futboluna böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının sayəsində hazırda "Neftçi"də bir çox perspektivli yeniyetmələr top qovur. Flaqmanın kiçikyaşlı futbolçuları bir çox turnirlərdə uğurlar qazanır. 2008-ci ildə öz yetirmələrimlə ölkə çempionu olmuşam.
Hazırda bir çox gənc futbolçu Rəşad Hüseynov, Coşqun Süleymanov, Vüqar Həsənli, Tural Adıgözəlov "Neftçi"nin və digər klubların şərəfini qoruyur. Bundan sonrada mən "Neftçi"də yeni istedadlı futbolçuların yetişdirilməsi və üzə çıxması üçün böyük səylə çalışacam. Həyatını idmana həsr edən insanları daim diqqətdə saxlayan ölkə prezidentinə, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinə və "Neftçi" PFK-nın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video