"Neftçi"nin kapitanı Rail Məlikov klubun rəsmi saytına müsahibəsində Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Xəzər Lənkəran"la cavab görüşü barəsində fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Məlikov həmin oyunu idarə edən hakimlərdən gileylənib.
"Oyunda baş verənləri hər kəs gördü. Futbol ictimaiyyəti bizim təkcə rəqiblə yox, həm də Vüsal Əliyevlə mübarizə aparmalı olduğumuzun şahidi oldu. Kubokun ilk oyununda "Xəzər Lənkəran" tərəfi Anar Salmanovun qərəzli idarəçiliyi ilə bağlı böyük səs-küy qaldırdı, etirazını bildirdi. Cavab matçında baş verənlərdən sonra onlar niyə susurlar.
Demək ki, baş hakimin idarəçiliyi onları qane etdi. Bəyəm, Lənkəran şəhər stadionunun meydançasında hakimin verdiyi qərarlar "Neftçi" üçün qərəzli deyildi? Hər kəs oyunda diqtə edən tərəfin kim olduğunu da gördü.
Oyundan sonra kapitan olaraq komandanın üzvlərini soyunub-geyinmə otağında güclə sakitləşdirdim. Onların hamısı hakimin "Neftçi"nin əleyhinə yönələn idarəçiliyindən çox əsəbi idilər, özlərinə yer tapa bilmirdilər. Belə olmaz axı, biz hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq".
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq