“İnter”in yarımmüdafiəçisi Daniel Genov klubun rəsmi saytına Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Abşeron”la cavab qarşılaşması barədə fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Genov ölkə kubokunun yarımfinalında hansı komanda ilə qarşılaşmaq istədiyini də etiraf edib.
-Rəqib uzun müddət azlıqda oynadı, lakin budan istifadə etmək mümkün olmadı...
-“Abşeron” yaxşı komandadır və bu komandanı məğlub etdiyimizə görə şadam. Ancaq hər halda bunu da qeyd etməyə bilmərəm ki, bu gün oynumuz alınmadı. Biz topa daha çox nəzarət etdik, amma bundan yararlana bilmədik. Müdafiədən hücuma keçən zaman problemlər hiss etdik.
-Birinci hissədə sənə qarşı kobud oynanıldı və bu da futbolçular arasında qarışıqlığın yaranmasına səbəb oldu. Həmin epizodda nə verdi?
-Bilmirəm, həmin anda mən yerə uzanmışdım. Robertas Poşkus daha yaxşı bilər.
-Daha çox cinahda oynayırsan, ancaq bu gün hücumçu mövqeyində oynadın. Belə mövqedə özünü rahat edirsən?
-Məşqçinin tapşırdığı mövqedə oynayacağam. Amma, doğrusunu desəm, hücumçu mövqeyində oynamaq daha çox xoşuma gəlir. Bu mövqedə özümü daha inamlı hiss edirəm.
-Bu gün sərgilədiyin oyundan razı qaldın?
-Birinci hissədə nəsə alınırdı, lakin ikinci hissədə bunu deyə bilmərəm. Hələ üzərimdə çox çalışmalıyam.
- “İnter” yarımfinala çıxdı və buna görə səni təbrik edirəm. Bu mərhələdə komandanın rəqibi AZAL-Turan cütünün qalibi olacaq. Bu komandalardan hansı ilə qarşılaşmaq istərdin?
- AZAL ilə qarşılaşmağımızı istərdim.
-Nəyə görə məhz AZAL ilə?
-Ona görə ki, çempionatın birinci hissəsində bu komanda ilə oyun bizim üçün yaxşı nəticələnməmişdi. Bir də ki, zənnimcə, bu cütün favoriti AZAL-dır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video