Martın 18-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqası ilə Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimi UEFA baş katibi Canni İnfantino, İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Ronni Uilan aparacaq.
Bu mərhələdə komandalar “səpələnmiş” və “səpələnməmişlər” səbətlərinə ayrılmayacaqlar. Eyni ölkənin komandaları da bir-biriləri ilə görüşə biləcəklər.
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri 5-6 apreldə, cavab oyunları isə 12-13 apreldə keçiriləcək. Yarımfinal matçları müvafiq olaraq, 26-27 aprel və 3-4 mayda olacaq. Final qarşılaşması mayın 28-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.
Avropa Liqasında ¼ final matçları aprelin 7-də və 14-də, yarımfinal görüşləri aprelin 28-də və mayın 5-də təşkil ediləcək. Final oyunu isə mayın 18-də İrlandiyanın paytaxtı Dublindəki eyniadlı arenada keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasında hələ cəmi 2 1/4 finalçı – “Barselona” (İspaniya) ilə “Şaxtyor” (Ukrayna) məlumdur. Qalan 6 komanda martın 9-da, 15-də və 16-da müəyyənləşəcək. Avropa Liqasında isə 1/8 final mərhələsinin oyunları martın 10-da və 17-də keçiriləcək.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video