Bu gün keçiriləcək "Turan" - AZAL oyunu ilə NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, bu mərhələnin son oyununda "Turan" öz meydanında AZAL-ı qəbul edib.
Tovuz təmsilçisi bu görüşdə AZAL-ın müqavimətini qıra bilməyib və oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Turan" kubokla vidalaşıb.
Bununla da, artıq Azərbaycan kubokunun bütün yarımfinalçıları bəlli olub. Beləliklə, aprelin 27-də "Xəzər lənkəran" "Bakı"nı, "İnter" isə AZAL-ı qəbul edəcək. Cavab görüşləri isə mayın 4-də keçiriləcək.
9 mart (çərşənbə)
14.00. "Turan" - AZAL - 1:1
Qollar: Eleandro Pema, 63 (0:1), Boris Kondev, 76 (1:1)
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məhəmməd Məmmədov
8 mart
18:00."Xəzər Lənkəran" - "Neftçi" - 1:1
Qollar: Flavinyo, 8 (0:1), Uinston Parks, 20 (1:1)
(ilk oyun: 4:3)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azad Q. Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər mərkəzi stadionu.
16:00."İnter" - "Abşeron" - 0:0
(ilk oyun: 1:0)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Mübariz Haşımov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Fazil Mürşüdov
"Şəfa" stadionu.
16:00."Bakı" - "Qəbələ" - 1:0
Qol: Jaba, 56 (1:0)
(ilk oyun: 0:0)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Habil Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video