“Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə məşqcisi Mihay Teja "Neftçi" ilə keçirdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə komandasının oyunundan çox razı qalıb. Qol.Az-ın məlumatına görə, Teya əvvəlcə Lənkəran klubunu növbəti mərhələyə yüksəlmələri münasibətilə təbrik edib.
Onun fikrincə, "ağ-yaşıllar" çox yaxşı oyun sərgiləyiblər: "Oyunun əvvəlində kobud səhv buraxdıq, qapımızda qol gördük. Lakin ümumilikdə komandamız çox yaxşı oyun göstərdi"
Rumıniyalı mütəxəssis "Neftçi"nin də yaxşı mübarizə apardığını vurğulayıb: “Birinci hissədə bizim tez qol buraxmağımızın səbəbi müdafiədə səhvə yol verməyimiz oldu. Lakin komandamız bərabərliyi bərpa edə bildi”.
Qeyd edək ki, ilk oyunda 4:3 hesablı qələbə qazanan "Xəzər Lənkəran" cavab matçında heç-heçəyə nail olub - 1:1. Bununla da Lənkəran klubu yarımfinala çıxıb. "Ağ-yaşıllar"ın növbəti rəqibi "Bakı" olacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video