Ramazan Torunoğlu:"Azərbaycan yığmasını çox bəyəndim"

XƏBƏR 8 Mart 2011 / 20:08 1998
-  A +

İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnir çərçivəsində bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qərb region yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, Qərb region yığmasının baş məşqçisi Ramazan Torunoğlu oyundan sonra bunları deyib:

"Bu turnirdə iştirak etməkdə əsas məqsədimiz bölgəmizdən 17 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasına futbolçu verməkdir. Oyunun nəticəsi bizim üçün o qədər də böyük əhəmiyyət daşımırdı. Düşünürəm ki, maraqlı qarşılaşmaya şahidlik etdik. Azərbaycan yığmasını çox bəyəndim. Fiziki cəhətdən güclü komandadır".

Qeyd edək ki, Qərb region yığması Azərbaycan millisinə qarşı oyundan 1:1-lik hesablı bərabərliklə ayrılıb.

Son xəbərlər