Təbriz Həsənov:"Bu gün bəxt bizdən üz döndərmişdi"

Təbriz Həsənov:"Bu gün bəxt bizdən üz döndərmişdi"
XƏBƏR 8 Mart 2011 / 20:04 1712
-  A +

İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnir çərçivəsində bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qərb region yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, milli komandamızın baş məşqçisi Təbriz Həsənov oyundan sonra bunları deyib:

"Birinci hissədə oyunumuz alınmırdı. Buna güclü yağış da öz təsirini göstərirdi. Fasilədən sonra oyuna nəzarəti tam ələ keçirdik. Bunun nəticəsində xeyli qol epizodu yaratdıq. Bu gün sanki bəxt bizdən üz döndərmişdi. Hətta penaltidən də yararlana bilmədik. Komandada qol epizodlarından yararlana bilməmək problemi var. Bərabərlik qolundan sonra ən azı 3 epizodda qol vura bilərdik".

Qeyd edək ki, Azərbaycan millisi Qərb region yığması ilə oyunda 1:1-lik heç-heçəyə razılaşıb.

Son xəbərlər