Emin Ağayev "Anji"nin start heyətində oynadı

Emin Ağayev "Anji"nin start heyətində oynadı
XƏBƏR 8 Mart 2011 / 07:20 3253
-  A +

Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Ağayev "Anji" klubunun heyətində oyuna çıxıb. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu Ukraynanın "Stal" komandasına qarşı forma geyinib.

Bu yaxınlarda "Anji"də seleksiyaçı-məşqçi vəzifəsinə təyin olunmuş Ağayev son zamanlar oyun praktikası azlıq təşkil edən futbolçularla birgə çıxış edib. O, 40 dəqiqə meydançada olub. Görüş isə 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Qeyd edək ki, "Anji"nin üzvü olan yığmamızın müdafiəçisi Mahir Şükürov zədəli olduğu üçün komandanın hazırlıq prosesində iştirak etmir.  

Son xəbərlər