"Real" (Madrid) klubunun braziliyalı ulduzu Kaka yenidən "Milan"a qayıda bilər. Qol.Az-ın məlumatına görə, "Milan" klubunun prezidenti Adriano Qalliani də Kakanı yenidən komandaya qaytarmaq istədiklərini bildirib:
"Kakanın "Real"da problemlərlə üzləşməsi məni çox məyus etdi. Lakin bu bir yandan da bizim işimizə yarayır. Bununla belə, "Real" klubu Kakanın transfer qiymətində müəyyən qədər endirim etməlidir. Əks təqdirdə isə Kakanın "Milan"a keçidi baş tutmaya bilər".
Qeyd edək ki, "Real" klubu zədədən sonra heç cür əsas heyətə düşə bilməyən Kakanı mövsümün sonunda satmağı planlaşdırır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı