Təbriz Həsənov:"Oyuna yaxşı başladıq və erkən qol vurduq"

Təbriz Həsənov:"Oyuna yaxşı başladıq və erkən qol vurduq"
XƏBƏR 7 Mart 2011 / 18:02 1917
-  A +

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İrlandiya millisi ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov affa.az saytına fikirlərini bildirib:

"Turnirin ilk oyunu olduğu üçün komanda bir az həyəcanlı idi. Buna baxmayaraq, oyuna yaxşı başladıq və erkən qol vurduq. İkinci hissədə isə bir neçə əlverişli vəziyyətdən itsifadə edə bilmədik. Qapıçının səhvi nəticəsində qol buraxdıq. Növbəti oyunlara daha yaxşı hazırlaşıb turniri qənaətbəxş nəticə ilə başa vurmaq istəyirik".
 
Qeyd edək ki, İrlandiya - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər