Bu il olduqca uğursuz mövsüm keçirən Türkiyənin "Qalatasaray" klubuna dəymiş zərərin məbləği açıqlanıb. Qol.Az-ın məlumatına görə, klub prezidenti Adnan Polad son mövsüm "Qalatasaray"a dəymiş ziyana münasibət bildirib:
"Son 3 ildə "Qalatasaray"ın apardığı uğursuz siyasət nəticəsində kluba 150 milyon dollar ziyan dəyib. Hazırda Türkiyənin aparıcı klubları "Qalatasaray", "Fənərbaxça" "Beşiktaş" və "Trabzonspor"la gəlirlərini artıran digər komandalar arasında cəmi 5 faiz fərq qalıb. Artıq burada ciddi bir fərqin olduğu açıq-aşkar görünür.
Təbii ki, bu enişdə hakim səhvlərinin də böyük rolu var. Komandalara ulduz futbolçular alınır, ancaq onlar da hakim səhvlərinin qurbanı olurlar. Bununla belə "Qalatasaray"ın hazırda cəmi 3-4 milyon dollar borcu qalıb. Yaxın gələcəkdə bu yükün də altından çıxacağımıza inanıram".
Qeyd edək ki, "Qalatasaray" klubu hazırda Superliqada 33 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı