İyunun 8-də Buta Sarayında Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı keçiriləcək təntənəli mərasimə beynəlxalq futbol qurumları ilə yanaşı, FİFA və UEFA-nın üzvü olan milli assosiasiyaların rəhbərlərinin iştirakı da gözlənilir. Qol.Az-ın məlumatına görə, artıq AFFA-nın dəvətinə bir neçə federasiyanın rəhbərliyi tərəfindən yubiley tədbirlərində iştirakla əlaqədar təsdiq cavabı göndərilib. Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya, İsveç, İsveçrə, Türkiyə və
Ukrayna tədbirdə iştirak edəcəyini təsdiqləyib.
AFFA-nın Konfransında çıxış edən UEFA prezidentinin müşaviri Paskal Torresin verdiyi məlumata görə, UEFA-nın prezidenti Mişel Platini Azərbaycan futbolunun 100 illik yubiley tədbirində iştirak edəcək.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı