Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” və “Xəzər Lənkəran” matçında baş verənlər müzakirə olunub.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Oyunun 27 və 70-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən qaçış zolağına yandırıcı maddə (fişəng) atıldığı üçün klub 3 min manat cərimə olunub.
Oyunun 32-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri yerləşən sektorlarda oturacaqlar sındırılaraq qaçış zolağına atıldığı üçün klub 2 min manat cərimə olunub.
Bundan başqa, “Xəzər-Lənkəran” klubunun azarkeşləri yerləşən sektorlarda (20-21-22-ci sektorlar) 325 ədəd oturacağın sındırıldığı aşkar edilmişdir. Bu səbəbdən də “Xəzər Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq T. Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı