Almaniya Bundesliqasında heç də yaxşı mövsüm keçirməyən "Bavariya" klubu baş məşqçi Lui Van Qalla yollarını ayırmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, buna səbəb kimi isə "Bavariya"nın son oyunlarda uğursuz çıxış etməsi göstərilir.
"Bavariya"nın baş məşqçi postuna Türkiyə yığmasının çalışdırıcısı Quus Hiddinkin də namizəd olduğu bildirilir. Klub rəhbərliyi də mövsümün sonunda bir neçə məşqçi ilə danışıqlar aparacağını və onlardan ən idealını komandaya gətirəcəklərini açıqlayıb. Lakin Hiddinkin buna razılıq verəcəyi isə heç də inandırıcı görünmür.
Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqada 42 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı