“Bakı” klubunun təşəbbüsü ilə 16 yaşlı futbolçular arasında Azərbaycan Respublikanın əməkdar məşqçisi, idman ustası Ruslan Abdullayevin xatirəsinə keçirilən sayca doqquzuncu turnirə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Bakı və Abşeronu təmsil edən 23 komandanın yarışdığı ənənəvi turnirin final oyunu bu gün “Bakı” klubunun təlim- məşq bazasının süni örtüklü meydanında baş tutub.
Əvvəlcə meydana üçüncü yer uğrunda yarışan “Ədliyyə” və “Bakı 008” komandaları çıxıb. 2:1 hesabı ilə qalib gələn “Ədliyyə” turniri üçüncü yerdə başa vurub.
Ardından sıra final oyununa gəldi. Qalib adı uğrunda “Bakı” və “UGİM” komandaları mübarizə aparıblar. Turnirin tarixi ərzində ilk dəfə final oyununu FİFA referesi idarə edirdi.
Üstün oyun nümayiş etdirən “Bakı” yeniyetmələri rəqiblərini 4:1 hesablı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıblar.
Qaliblərə mükafatları komandalara turnirin təşkilatçıları Ramiz Məmmədov, “Bakı” futbol klubunun baş meneceri Zeynal Məmmədov və icraçı direktor Yaşar Seyidov təqdim ediblər.
Başa çatan yarışın son sözü ilə çıxış edən Zeynal Məmmədov turnirin əhəmiyyətindən danışdı və onun gələcəkdə beynəlxalq status alması üçün zəruri addımların atılacağını bildirib.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı