Mahir Şükürov Azərbaycanda, "Anji" Türkiyədə

Mahir Şükürov Azərbaycanda, "Anji" Türkiyədə
XƏBƏR 7 Mart 2011 / 00:01 2586
-  A +

Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürov Azərbaycana gəlib. Qol.Az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi klubunun icazəsi əsasında yaxınlarına baş çəkib.

Ayağındakı zədənin müalicəsi ilə məşğul olan Şükürov Mahaçqalaya martın 9-da qayıdacaq. Onun komandası isə hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısındadır.

Bu gün "Anji" növbəti yoldaşlıq görüşünü keçirib. Hacı Hacıyevin komandası Norveçin "Trömse" klubu ilə qarşılaşıb. Oyun Mahaçqala təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 47-ci dəqiqədə Kamil Ağalarov, 69-cu dəqiqədə Odil Əhmədov vurub. Azərbaycan yığmasının sabiq futbolçusu Şamil Lahiyalov 90 dəqiqəni əvəzlənmədən keçirib.   

Son xəbərlər