Ramiz Məmmədovun komandası məğlubiyyətlə başladı

Ramiz Məmmədovun komandası məğlubiyyətlə başladı
XƏBƏR 6 Mart 2011 / 21:15 1809
-  A +

Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu Qazaxıstan çempionatına məğlubiyyətlə başlayıb. Qol.Az-ın məlumatına görə, "Atırau" səfərdə "Aktobe"yə uduzub - 0:2.
 
Qərb derbisi adlandırılan matçda qolları 21-ci dəqiqədə Sergey Lisenkov, 67-ci dəqiqədə isə Marat Xayrullin vurub. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Yalnız qarşılaşmanın sonlarında "Atırau" təhlükəli hücumlar təşkil edə bilib. 

"Atırau" növbəti oyununu martın 12-də keçirəcək. Həmin gün Ramiz Məmmədovun komandası öz meydançasında "Şaxtyor" (Karaqanda) ilə görüşəcək.  


Son xəbərlər