Tanınmış həkim Boris Xetaqurov yenidən doğma "Neftçi" klubuna qayıdıb. Qol.Az-ın məlumatına görə, Boris Xetaqurov bundan sonra "Neftçi" klubunda Tibbi bərpa mərkəzinin baş həkimi vəzifəsində çalışacaq.
Təcrübəli həkim ona göstərilən etimada görə klub rəhbərliyinə minnətdarlığını bildirib: "Azərbaycanın ən köklü klubu olan "Neftçi" mənə çox tanış, doğmadır. Uzun müddət işlədiyim bu komandanı çox yaxşı tanıyıram. Təklif aldıqdan sonra klubun prezidenti Sadıq Sadıqovla görüşdüm. Danışığımız müsbət nəticələndi. Mənə göstərdiyi böyük etimada görə ona minnətdaram. Çalışacağıq ki, "Neftçi"nin bütün komandalarında tibbi məsələlər yüksək peşəkar səviyyədə olsun".
Boris Xetaqurov 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Elə həmin ildən başlayaraq, 40 il müddətində "Neftçi"də çalışıb. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandamızda olub. Xetaqurov həmçinin, AFFA-nın Tibb Komitəsinin sədri və Azərbaycan milli komandasının, eləcə də bir neçə Azərbaycan klubunun həkimi işləyib.
Xetaqurov Azərbaycanın əməkdar məşqçisi, idman tibbində yüksək kateqoriyalı həkim, "MDB ölkələrinin İdman Həkimləri Birliyi"nin üzvüdür. Həmyerlimiz 2008-ci ildə Almaniyada dünyada məşhur həkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin dərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov hələ 1985-ci ildə idmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına görə müəllif hüququ alıb.
"Şəfa"dan yeni transfer
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi