"Xəzər Lənkəran"da hamı qol vurur

XƏBƏR 5 Mart 2011 / 18:04 2553
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə oyununda "Xəzər Lənkəran"nın 4 futbolçusu rəqib qapısına yol tapıb. Qol.Az-ın məlumatına görə, hərəyə 1 qol vuran oyunçulardan 3-ü ilk dəfə buna nail olub.

Manuel Skarlatake 36-cı, Julius Vobay 45+2-ci, Andrei Mureşan isə 61-ci dəqiqədə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu qarşılaşmayadək 61 futbolçu klubun qollarına imza atmışdı.
 
Daha 3 futbolçunun da həmin siyahıya əlavə olunması nəticəsində bu rəqəm 64-ə çatıb.

Son xəbərlər