"Xəzər Lənkəran"ın 16-cı rumıniyalı futbolçusu

"Xəzər Lənkəran"ın 16-cı rumıniyalı futbolçusu
XƏBƏR 5 Mart 2011 / 17:23 2541
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu daha bir futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Qol.Az-ın məlumatına görə, Rumıniyalı Nikolae Muşat karyerasında ilk dəfə komandanın formasında meydana çıxmaqla adını klubun tarxinə yazdırıb.
“Neftçi” ilə oyunadək 123 oyunçuya “Xəzər Lənkəran”ın tarixinə düşmək nəsib olmuşdu. Muşat bu rəqəmi 124-ə çatdırmaqla 2011-ci ilin ilk 4 matçındakı debütantların ümumi sayının 11 olmasının səbəbkarına çevrilib. Belə ki, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka, İbrahima Banqura və Kosmin Fransinesku “Neftçi” ilə matçadək artıq debüt etmişdilər.
 
Nikolaenin legioner olması “Xəzər Lənkəran”ın 7 illik tarixindəki gəlmələrin sayını 73-ə çatdırıb. O, Rumıniyanın komandadakı 16-cı futbolçusudur ki, bu göstəricidə Rumıniya aşkar liderdir. İndiyədək 27 ölkədən olan futbolçular “Xəzər Lənkəran” forması geyinib:

Rumıniya – 16, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.

Son xəbərlər