Martın 5-də "Neftçi" klubunun rəhbərliyi, komandanın məşqçilər heyəti və futbolçularla görüşüb. Qol.Az-ın məlumatına görə, toplantıda "Neftçi"nin prezidenti Sadıq Sadıqov komandanın ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında üstün oyun nümayiş etdirməsinə baxmayaraq məğlubiyyətə uğradığını bildirib.
Sadıq Sadıqov bu məğlubiyyətdən nəticə çıxarmağın vacibliyini məşqçilər və futbolçuların diqqətinə çatdıraraq, təkrar matçda eləcə də Premyer Liqanın qarşıdakı görüşlərində komandanın məzmunlu oyunu ilə azarkeşlərə qələbə sevinci yaşadacaqlarına əminliyini vurğulayıb.
Görüşdə "Neftçi"nin baş məşqçisi Arif Əsədov göstərilən etimada görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib. Baş məşqçi klub rəhbərinin tapşırığına əsasən "Neftçi"də yerli və gənc perspektivli futbolçulara üstünlük verildiyini, son vaxtlar klubda işlərin peşəkar səviyyədə qurulduğunu qeyd edib. Arif Əsədov məhz bu işlərin davamı olaraq "B" komandasının yaradılmasının önəmliyini söyləyərək, gələcəkdə burada əsas komandaya yerli gənc futbolçuların hazırlanacağına inandığını bildirib.
Görüşün sonunda klub prezidenti Sadıq Sadıqov hər zaman komandaya dəstək olacağını və "Neftçi"nin gələcək görüşlərdə qələbələrini sıralayacağını vurğulayıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı