"Çelsi"nin ispaniyalı futbolçusu Fernando Torres artıq klubun heyətində qollarını sıralamaq istədiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, yeni klubunda 4 oyuna çıxan Torres bu uğursuzluğa tez bir zamanda son qoyacağını bildirib:
"Hələ də "Çelsi"yə uyğunlaşmağa çalışıram. "Mançester Yunayted"lə oyunda özümü yaxşı hiss etdim. Təbii ki, buraya qol vurmaq üçün gəlmişəm. Hücumçunun da əsas işi elə qol vurmaqdır. Əgər ilk qolumu vursam, bunların ardı da gələcək. İnanıram ki, "Bləkpul"la oyunda nəhayət ki qol vuracam".
Qeyd edək ki, "Çelsi" Torresi qış transfer pəncərəsi dövründə 58,5 milyon avro müqabilində "Liverpul"dan almışdı.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı