Hakimlər də etiraz bəyanatı yaydı

Hakimlər də etiraz bəyanatı yaydı
XƏBƏR 5 Mart 2011 / 12:28 2401
-  A +

Fransada Futbol Hakimləri Həmkarlar İttifaqı (SAFE) ilə Peşəkar Futbol Liqası (LFP) arasında qalmaqal yaranıb. Qol.Az-ın məlumatına görə, üzləşdikləri tənqidləri narazılıqla qarşılayan hakimlər ölkə çempionatı matçlarını 15 dəqiqə gec başlayacaqları ilə hədələyiblər.   

Liqa isə münaqişəyə cəlb olunan bütün hakimlərin oyunlardan kənarlaşdırılacaqlarını bəyan edib.

Hakimləri narazılığa bir neçə insident və ünvanlarına yönələn açıqlamalar sövq edib. Ötən bazar günü "Loryan" klubunun baş məşqçisi Kristof Qurküff öz oyunçularından birinin meydançadan qovulmasına qəzəblənib. O bildirib ki, fransalı hakimlərdə savad çatışmır.

Öz növbəsində, hakimlər mümkün səhvlərini etiraf etməyə hazırdırlar. Lakin onlar əmindirlər ki, özlərinə daha hörmətli yanaşma görməyə layiqdirlər: "Hakimlər və SAFE-nin bu addımı futbol ictimaiyyəti nümayəndələrini ( oyunçular, rəhbərlər, jurnalistlər, federal hökumət və mütəxəssislər) hakimlərə sakit və hörmətlə münasibət göstərilməsinin zəruriliyinə diqqət yönəltmək məqsədi güdür". 

LFP isə heç bir demarşa dözməyəcəyini açıqlayıb. Bunun nəticəsi kimi etiraz aksiyasına dəstək verən bütün hakimlər Fransa çempionatının 26-cı tur matçlarından kənarlaşdırılıblar. İndi yüksək liqa matçlarını aşağı divizionlardakı hakimlər idarə edəcəklər.

Son xəbərlər