İngiltərə Premyer Liqasının son çempionu "Çelsi" daha bir futbolçunu heyətinə qatmağı planlaşdırır. Qol.Az-ın məlumatına görə, "zadəganlar" bu dəfə Almaniya Bundesliqasının lideri "Borussiya" (Dortmund) klubunun paraqvaylı hücumçusu Lukas Barriosa elçi düşüb.
London təmsilçisi 26 yaşlı futbolçunu bir neçə aydır ki yaxından izləyir. "Çelsi" rəhbərliyi artıq Barrios üçün 20 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Futbolçunun özü isə İngiltərə mətbuatına verdiyi açıqlamada "A seriyasını çox bəyəndiyini, ancaq La Liqa və Premyer Liqada forma geymək istədiyini" bildirmişdi. Məhz onun bu fikirləri "Çelsi" rəhbərliyini hərəkətə gətirib.
Qeyd edək ki, Barrios bu mövsüm meydana çıxdığı 23 oyunda 11 dəfə fərqlənməyə nail olub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı